Zakir Həsənov Ermənistanla sərhəddə - <span style="color:red;">YENİLƏNİB
08 fevral 2014 16:50 (UTC +04:00)

Zakir Həsənov Ermənistanla sərhəddə - YENİLƏNİB

Fevralın 7-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, səfərdə müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət ediblər.
 

Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində olub, sakinlərlə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıblar.

 
Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanış olunub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib. Bir qrup hərbçiyə medal və qiymətli hədiyyələr təqdim olunub.


Zakir Həsənov cəbhə bölgəsindəki zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə də tanış olub. 


Müdafiə naziri müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4067

Oxşar yazılar