Yol qəzası ASC-yə 1200 manat ziyan vurdu
28 oktyabr 2016 11:30 (UTC +04:00)

Yol qəzası ASC-yə 1200 manat ziyan vurdu

Ötən gün gecə saatlarında Nərimanov rayonunda baş verən yol qəzası zamanı yol təsərrüfatına ziyan dəyib. Lent.az “Azəravtoyol”a istinadən xəbər verir ki, “Lada Priora” markalı avtomobil Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsündə “20 yanvar dairəsi” istiqamətində hərəkətdə olarkən körpünün məhəccərlərinə çırpılıb, nəticədə məhəccərlərin bir hissəsi dağılıb və deformasiyaya uğrayıb.

 

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, qəza zamanı yol ötürücüsünün 8 paqon-metr məhəccəri dağılıb və deformasiyaya uğrayıb, nəticədə yol təsərrüfatına təqribən 1200 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 73
avatar

Oxşar yazılar