Yol qəzası: bir neçə avtomobil toqquşdu - <span style="color:red;">YENİLƏNİB
20 fevral 2014 09:51 (UTC +04:00)

Yol qəzası: bir neçə avtomobil toqquşdu - YENİLƏNİB

Yasamal rayonu, Yeni Yasamal ünvanında yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın xəbərinə görə, Yeni Yasamal-1 küçəsi ilə hərəkət edən "Jeep Grand Chrooke" markalı avtomaşının sürücüsü maşını əvvəlcə küçədəki marketə çırpıb.

 

Daha sonra yol kənarında dayanan "Lada Priora"nı əzən "Jeep" in sürücüsü hadisə yerindən qaçmaq istəyib. Lakin, ona işıq dirəyi mane olub. İşıq dirəyini əzən sürücü avtomobilin sağ qabaq təkərinin yerindən qopmasının fərqinə varmadan magistral yola çıxıb. Bu zaman idarəetməni itirən sürücü Yeni Yasamal küçəsində dayanan "Qazel" markalı yük maşınına çırpıldıqdan sonra dura bilib.

 

Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşları sürücünün içkili olduğundan şübhələndiklərindən onu içki testi məntəqəsinə aparıblar. Yararsız vəziyyətə düşən maşın isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

 

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563

Oxşar yazılar