Yaşlı qonşusunu öldürən şəxs: <b>“Allah şeytana lənət eləsin”</b>
17 fevral 2014 11:13 (UTC +04:00)

Yaşlı qonşusunu öldürən şəxs: “Allah şeytana lənət eləsin”

“Hadisədən bir neçə gün qabaq məndən 10 manat pul istədi”

 

“Qonşumun qızıl alveri ilə məşğul olduğunu bilirdim. Elə bildim, evində çoxlu pul var. Buna görə öldürdüm ki, pulları götürüm. Allah şeytana lənət eləsin. Çox peşmanam”. Bunu yaşlı qadını amasızlıqla qətlə yetirən Vaqif Əhmədov ibtidai istintaq zamanı ifadəsində deyib.

 

Vaqif qadını öldürdükdən sonra evdə olan pul və qızıl əşyaları götürərək hadisə yerindən qaçıb. Aparılan araşdırmalar zamanı hadisənin Vaqif tərəfindən törətməsi müəyyən edilib və o, saxlanılaraq istintaq orqanına təhvil verilib.

 

“Mən öldürməmişəm”

 

İbtidai istintaq zamanı müəyyən edilib ki, Vaqif qonşusu Əhməd Məmmədovun zərgər işləməsini bilərək evində pul və qızıl əşyaları olmasını ehtimal edib. O, ov bıçağını götürərək pul oğurlamaq məqsədi ilə mənzilin eyvanından evə daxil olub. Həmin vaxt evdə olan Əhmədin yaşlı anası Səməndəri bıçaqlayaraq qətlə yetirdikdən sonra mənzildə axtarış aparıb. Mənzildən 1.530 manat dəyərində 2 karat brilliyant qaşlarla bəzədilmiş bir ədəd qızıl qolbaq, 425 manat dəyərində 0,40 karat tək brilliyant qaşlı bir ədəd qızıl üzük, brilliyant qaşlı 400 manat dəyərində bir ədəd qızıl üzük, 816 manat dəyərində bir ədəd “Polyot” markalı üzərində qolbağı olan bir ədəd qızıl qol saatı, cəmi 3171 manat dəyərində qızıl zinət əşyalarını ələ keçirib.

 

Şübhəli şəxs qismində dindirilərkən Vaqif bildirib ki, hadisədən təxminən bir həftə əvvəl Əhməddən 10 manat pul istəyib. Lakin Əhməd ona pulu olmadığını deyib: “Mənim pula ehtiyacım var idi. Onun da zərgər olduğunu bilirdim. Güman edirdim ki, evində qızıl avr. 3-4 gün ərzində onların evində girib qızıl oğurlamağı planlaşdırdım. Həmin gün sakitçilik olduğunu görüb mənzilə girmək qərarına gəldim. Qohumum, “Qara” ləqəbli Səbuhi ilə evə girməyi danışdım. Əhmədin “Mersedes” markalı maşını həyətdə olmadından, evdə heç kimin olmadığına arxayın olduq.

 

Səbuhi eyvandan mənzilə daxil oldu. Mənə qapını Səbuhi açdı. Mən içəri daxil olan zaman qadının kreslonun üstündə yaralı və sağ olduğunu  gördüm. Səbuhi qadını bıçaqla vurmuşdu. Mən də 2-3 dəfə qarnından təpiklə zərbələr vurdum. Sonra Səbuhi dalbadal zərbələr vurdu. Mən Səbuhiyə “daha bəsdir, öldü, vurma” dedim. Səbuhi bir zərbə də vuran zaman sol əlimi qabağa verdim və bıçaq əlimi kəsdi. Bundan sonra Səbuhi zərbələri saxladı. Mən əlimi evdən tapdığım cuna ilə sarıyıb, mənzildə olan şkafları axtardım. Şkafdan bir ədəd qızıl saat, bir ədəd qızıl qolbaq, 2 ədəd qızıl üzük tapıb, onları götürüb mənzildən çıxdım. Evin  qapısı yarı açıq vəziyyətdə qaldı. Öz yaşadığımız 2-ci bloka girdim. 2-ci mərtəbəyə qədər qalxdım. Lakin əlimdən qan axdığından yenidən blokdan çıxıb “Göy Məscid” yaxınlığında olan klinikaya getdim. Orada əlimi tikdilər. Bundan sonra “Gənclik” metro stansiyası yaxınlığında ev alqı-satqısı ilə məşğul olan Rəşad adlı şəxslə görüşdüm. Mənim Rəşada 350 manat borcum olduğundan onunla “Moskva” univermağına getdim. Qızılları Rəşadla birlikdə univermağın qabağında qızıl alqı-satqı məntəqəsinə verib oradan 1000 manat pul aldım. Rəşada 350 manatını qaytardım. Üstüm qanlı olduğuna görə «Əcəmi» metrosunun yaxınlığında yerləşən bir mağazadan özümə şalvar, köynək aldım, qanlı vəziyyətdə olan şalvar və köynəyimi mağazaya yaxın olan zibil qutusuna atdım. Bıçağı isə dənizkənarı bulvarda, Yaxt klub tərəfdə dənizə tulladım. Qadını mən yox, Səbuhi öldürüb” .

 

Lakin həmin yerlərə baxış keçirilən zaman paltar və bıçaq aşkar olunmayıb. İstintaq zamanı bir ədəd bıçaq və V. Əhmədovun paltarları onun yaxın münasibətlərdə olduğu Ayşən  Əliyevadan götürülüb.    

                                                                    

Daha sonra o, ifadəsinə əlavə edərək bildirib ki, paltarlarını Ayşən üçün kirayə tutduğu evdə dəyişib. Bıçağı da orada qoyub. Ayşən ondan nə baş verdiyini soruşduqda isə dalaşdığını və əlindən xəsarət aldığını deyib. Qeyd edib ki, Ayşənə problem olmaması üçün əvvəlki ifadəsində yalan ifadə verib.

                                                                             

V. Əhmədovun ifadələrində cinayəti Səbuhi Kamalovla birgə törətməsinə dair özünü müdafiə məqsədilə gətirdiyi dəlillər istintaq zamanı təsdiq olunmayıb. Vaqifin ifadəsi özünü müdafiə kimi qiymətləndirilib ve cinayəti tək törətməsi sübuta yetirilib.

 

 

“... anamı ətrafı qanla dolu, arxası üstdə uzanmış gördüm”

 

Əhməd Məmmədov isə ifadəsində  göstərib ki, həmin  gün 14.30 radələrində ev telefonuna zəng edib, lakin anası cavab verməyib: “Mən adətən hər gün nahara evə gəldiyim üçün işdən çıxmazdan qabaq anamdan evə nə lazım olduğunu soruşmaq istədim. Lakin anam telefona cavab vermədiyindən təxminən 20 dəqiqə keçmiş işdən çıxıb öz maşınımla evə gəldim. Evimiz yaxın olduğundan 5-6 dəqiqəyə çatdım. Evə girəndə qapının bir az aralı olduğunu gördüm. İçəri daxil olduqda anamı qonaq otağının qapısı ağzında yerdə, ətrafı qanla dolu, arxası üstə uzanmış vəziyyətdə gördüm. Mən dizi üstə əyilərək anamın nəfəs alıb-almadığını yoxladım. Lakin anam nəfəs almırdı. Mən  anama əllə toxunduqda əllərim və şalvarımın diz hissəsi qana bulaşdı. Sonra çölə çıxıb 1-ci mərtəbəyə düşdüm və yenidən 5-ci mərtəbəyə qalxaraq qonşum Tomanın qapısını döydüm. Tomaya anamın öldürülməsini dedim. Mən, Toma, əri Yura birlikdə evimizə gəldik. Toma əvvəlcə 102 xidmətinə, sonra isə təcili tibbi yardıma zəng elədi.  Bundan sonra həkimlər və polislər gəldilər. Mən onlara heç kimlə düşmənçiliyimizin olmadığını, evdən qızıl əşyaların oğurlandığını, həmçinin qonşuluqda yaşayan Vaqifin məndən bir neçə dəfə 5-10 manat pul istədiyini, sonuncu dəfə də 10 manat pul istədiyini, lakin vermədiyimi dedim”.

 

 

“...qohumum olduğu üçün bu barədə polisə xəbər vermədim “

 

 

Səbuhi  Kamalov isə  ifadəsində göstərib ki, Vaqiflə qohumluqdan əlavə, həm də yaxın dost olublar: “Hadisədən bir neçə gün əvvəl Vaqif gecə vaxtı mənə zəng edib “Gənclik” metrostansiyası yaxınlığında kirayə ev tapdığını dedi. Məndən onunla gəlməyimi xahiş elədi. Mən də razılaşdım. Vaqif idarə etdiyi maşınla məni də götürüb kirayə tutduğu mənzilə gətirdi. Maşında Vaqifin yaxın münasibətdə olduğu Ayşən adlı qadın və onun 1 yaşlı oğlu da var idi. Yolda Vaqifin ailəsi ilə birlikdə kirayədə yaşadıları evdən yorğan, döşək, adyal da götürdük. Gec olduğu üçün onlarla bir yerdə qaldım. Növbəti gün Vaqif məni idarə etdiyi avtomaşınla işə gətirdi. O, dilxor olduğunu, pula ehtiyacı olmasını və evin kirayə pulunu verə bilmədiyini dedi. Mən onlarda qalan gecə Vaqif qonşuluqda ləzgi millətindən olan zərgər şəxsin yaşadığını, onun anasının evdə tək olduğunu və mənzildən oğurluq etmək istədiyini dedi. Mən də dedim ki, öznə yazığın gəlsin. Sonra eşitdim ki, cinayət törədib. Lakin qohumum olduğu üçün bu barədə polisə xəbər vermədim”.

 

Məhkəmə hökmü

 

Cinayət işi üzrə istintaq tamamlandıqdan sonra iş baxılmaq üçün məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Əhmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: yazı cinayət işinin materialları əsasında xüsusi olaraq “Lent. az”saytı üçün hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1403
avatar

Şəhriyar Əlizadə

Oxşar yazılar

Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28