Xocalı Pakistanda da yad edilir
20 fevral 2014 12:02 (UTC +04:00)

Xocalı Pakistanda da yad edilir

Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetində “Pakistanın görkəmli şəxsləri Dağlıq-Qarabağ məsələsinin həllinə çağırırlar.  Pakistan Observer  məsələnin sülh yolu ilə həlli məqsədi ilə ictimai birliyi səfərbər edir”  adlı yazı dərc  edilib.

 

AZərbaycanın Pakistandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, yazıda Pakistan senatının sədr müavini, senatın komitə sədrləri, əyalətlərin qanunverici və icraedici orqanlarının rəhbərləri, sabiq nazirlər, istefada olan ordu generalları, admirallar, aviasiya marşalı, tanınmış hüquqşünaslar, jurnalistlər və alimlər də daxil olmaqla  100 nəfərdən çox Pakistanın ictimai-siyasi xadimləri Xocalı soyqırımını qəti şəkildə pisləmək məqsədi ilə  bəyannamə ilə müraciət etdikləri vurğulanıb.

 

Bəyannamədə, SSRİ-nin süqutundan sonra müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğala məruz qaldığı və təcavüz nəticəsində Dağlıq Qarabağ və daha 7 rayon daxil olmaqla Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğu bildirilib. Yazıda qeyd olunub ki, erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılmış Xocalı, fevral ayının 25-dən 26-a keçən gecə  keçmiş sovet ordusunun motoatıcı alayının bir başa iştirakı ilə hücuma məruz qalaraq tamamilə məhv edilib. Həmin dəhşətli gecə zamanı 613 nəfər öldürülmüş insanların arasında 83 uşaq, 106 qadın olub.

 

Bəyannamədə İnsan Hüquqları üzrə  Avropa Məhkəməsinin Xocalıda törədilmiş qırğını “...hərbi cinayət və ya insaniyyətə qarşı cinayət“ adlandırdığı bildirilmiş, qırğının miqyası və ağırlığı nəzərə alınaraq  bu cinayətdə əli olanların məsuliyyətə cəlb edilməsinin qaçılmaz olduğu vurğulanmışdır.

 

Sənəddə Ermənistanın, işğalçı qüvvələrinin bütün zəbt olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılması haqqında  BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, həmçinin BMT-nin Baş Assambleyasının 3 qətnaməsi, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Təşkilatı, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarlarına həmçinin digər müraciətlərə məhəl qoymadığı bildirilmişdir.

 

Bəyannamədə bildirilmişdir ki, Pakistan Senatı  01.02.2012-ci il tarixli qətnaməsində   Xocalı soyqırımını tanıyaraq, bu cinayəti törədənləri məsuliyyətə cəlb edilməsini tələb etmiş həmçinin, 05.10.2013 - cü il tarixli qətnaməsində  Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləmişdir. Eyni zamanda, bir neçə dünya ölkələri,  nüfuzlu beynəlxalq təşkilatlar da  Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişdirlər.

 

Bəyannamə “Pakistan xalqı Dağlıq Qarabağ və Azərbaycanın digər torpaqlarının qanunsuz işğalına etiraz edir və bu məsələnin BMT TŞ –nın qətnamələri əsasında ədalətli və sülh həllinə çağırır. Biz, davamlı sülhün bərqərar olması naminə beynəlxalq ictimaiyyəti Dağlıq-Qarabağ məsələsinə biganə qalmayaraq, bu problemin ədalətli həll edilməsinə yardım göstərməsinə çağırırıq. Pakistan xalqı hesab edir ki, Dağlıq-Qarabağ, Kəşmir və Fələstin kimi münaqişəli məsələlərin ədalət və sülh prinsipi əsasında həll olunmayacağına qədər dünyada sülh təhlükə altında qalacaqdır” sözləri ilə yekunlaşmışdır.  

Birgə Bəyannaməyə “Pakistan Observerin”-in baş redaktoru Zahid Malik, Pakistan Senatının sədr müavini Sabir Əli Bəluc; senatın xarici əlaqələr komitəsinin Sədri Hacı Adil, senatın müdafiə komitəsinin sədri Müşahid Hüseyn; Senatın daxili işlər komitəsinin sədri Talha Mahmud;  senatın imtiyazlar komitəsinin sədri Tahir Məşədi Hüseyn; senatın ticarət komitəsinin sədri Hacı Qulam Əli; senatın kitabşunaslıq komitəsinin sədri Syeda Suğra İmam; senatın səhiyyə komitəsinin  sədri Səyid Zəfər Əli Şah; senatın parlament işləri üzrə komitəsinin sədri Məhəmməd Cahangir Bader; senatın administrasiyasının rəhbəri İftixarulla Babar; senator Raca Məhəmməd Zəfər ul Haq, senator Məhəmməd Rafiq Racvana; senator Osman Seyfulla Xan, Bəlucistan əyalətinin baş naziri Əbdül Malik Bəluc; Bəlucistan əyalətinin spikeri Mir Can Camali; Gilgit-Baltisatn əyalətinin spikeri Vəzir Beyq; Gilgit Baltistan əyalətinin vitse-spikeri Cəmil Əhməd;  Sind əyalətinin qadın məsələləri və insan hüquqları üzrə naziri Rubina Kaimxaniı; Pakistan parlamentinin sabiq sədri, sabiq xarici işlər naziri Qohar Əyyub Xan; Kəşmirin sabiq baş naziri Sərdar Atik Əhməd Xan; Parlamentin sabiq sədr müavini Feysəl Kərim Kundi; Parlamentin sabiq sədr müavini Sərdər Vəzir Coqezay; sabiq xarici işlər naziri Əbdül Sattar; xarici işlər üzrə sabiq dövlət naziri İnam ul Haq; xarici işlər üzrə sabiq dövlət naziri Navabzadə Amad Malik; sabiq ticarət naziri Səlim Seyfulla Xan ; sabiq enerji naziri Ənvər Seyfulla Xan; sabiq federal nazir Başarat Cazbi; insan hüquqları komitəsinin sədri, sabiq federal ədliyyə naziri S.M. Zəfər; sabiq milli azlıqlar naziri S.K. Tressler; sabiq nazir Mian Məhəmməd Cavid; sabiq nazir Səlim Gül Şeyx;  sabiq senator Razina Alam Xan; parlamentin sabiq üzvü Humayun Seyfulla Xan; xüsusi xidmət orqanlarının sabiq başçısı ordu generalı Həmid Gül, istefada olan ordu generalı Mirza Aslam Beyq, istefada olan ordu generalı Əbdül Qəyyum,  hərbi dəniz qüvvələrinin sabiq komandanı admiral Əbdül Əziz; istefada olan admiral İftixar Siroh; istefada olan admiral Əbdül Əziz Mirzə; istefada olan hərbi hava qüvvələri  marşalı Ayaz Əhməd; istefada olan general-mayor Sardar Məhəmməd Ənvər Xan; istefada olan vitse-admiral Ahmad Tasnim; Preston Universitetinin rektoru Abdul Basit; həmçinin, Pakistanın digər tanınmış ictimai və siyasi xadimləri, alimləri, hüquqşünasları, jurnalistləri, biznes elitanın təmsilçiləri imza atıblar.

 

Məqalənin  tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

 

http://pakobserver.net/detailnews.asp?id=234114

# 489
avatar

Oxşar yazılar