Xırdalanda yaşayış binasındakı yanğın söndürülüb - <span style="color:red;">YENİLƏNİB
28 fevral 2014 15:31 (UTC +04:00)

Xırdalanda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB

0

Xırdalanda yaşayış binasında baş verən yanğın söndürülüb.


 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, 3 saylı binanın 18-ci mənzilində meydana gəlib.

 

Yanğının baş verməsinə həmin mənzildə yaşayan azyaşlı uşağın ehtiyatsızlığı səbəb olub. Belə ki, azyaşlı kibritlə oynayarkən mənzildəki divana od düşüb. Nəticədə evin 40 kv/m sahəsi yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.

 

Fakta bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

 

***

12.39

Xırdalanda yaşayış binası yanır

 

Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın başlayıb.


 

APA-nın məlumatına görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, 3 saylı binada qeydə alınıb. Beşmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

 

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1399

Oxşar yazılar