UEFA İntizam Komitəsi Rusiyanın MOİK klubunun futbolçuları Alan Zaqoyev və Pontus Vernblumu cəzalandırıb. Lent.az-ın məlumatına görə, hər iki yarımmüdafiəçi 3 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Zaqoyev və Vernblum Çempionlar Liqasında qrup mərhələsinin son turunda MOİK-in Çexiya “Viktoriya”sına 1:2 hesabı ilə uduzduğu matçda idmançıya yaraşmayan hərəkətləri səbəbindən qırmızı vərəqə alıblar. Daha öncə MOİK Avropa kuboklarında 1 ev oyununu azarkeşsiz keçirməyə məhkum edilib. UEFA-nın bu qərarına səbəb isə azarkeşlərin həmin oyun zamanı müxtəlif irqçi və sağçı-radikal bannerlər nümayiş etdirmələri olub.
Qeyd edək ki, MOİK hətta Avropa Liqasının 1/16 finalına yüksələ bilmədiyindən, cəzalar bu mövsümə şamil olunmayacaq.