Türkiyə müdafiə sənayesi katibi Azərbaycana gələcək
19 fevral 2014 11:24 (UTC +04:00)

Türkiyə müdafiə sənayesi katibi Azərbaycana gələcək

Türkiyənin müdafiə sənayesi katibi Murad Bayarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.


 

Bu barədə APA-ya Türkiyə Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.

 

Mart ayının əvvəlinə planlaşdırılan səfər iki gün nəzərdə tutulur.

 

M. Bayarın başçılıq etdiyi nümayəndə heyətində Türkiyə müdafiə sənayesində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri təmsil olunacaqlar. Səfər çərçivəsində M. Bayar Azərbaycanın Müdafiə, Müdafiə Sənayesi nazirlikləri, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarında, həmçinin Nazirlər Kabinetində görüşlər keçirəcək.

 

Türkiyə heyətində təmsil olunan firmalar tərəfindən müxtəlif layihələr barədə Azərbaycan tərəfi məlumatlandırılacaq.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612
avatar

Oxşar yazılar