Tovuz sakinin 4 il əvvəl saldığı bağı baltalayıblar.
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Cəlilli kəndində baş verib.
Naməlum şəxs və ya şəxslər gecə saatlarında kənd sakini Novruzəli Fərzəliyevin xurma bağına girərək meyvə ağaclarını gövdədən baltalayıblar. Təsərrüfat sahibinin sözlərinə görə, səhər ağaclara qulluq etmək üçün bağa girəndə 400-dən çox ağacın məhv edildiyini görüb.
Baş verən hadisə ilə bağlı Tovuz rayon Polis şöbəsinə məlumat verilib.