Tərtərdə 56 yaşlı iş adamı öldürüldü
20 fevral 2014 10:28 (UTC +04:00)

Tərtərdə 56 yaşlı iş adamı öldürüldü

Tərtərdə 56 yaşlı iş adamı güllənərək qətlə  yetirilib. Tərtər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhərin Vasif Hüseynov küçəsi 8 ünvanında qeydə alınıb.

 

1958-ci il təvəllüdlü Sənan Ərşad oğlu Mirzəyev yaşadığı evdə naməlum şəxs və ya şəxslər tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində öldürülüb.

 

Prokurorluqdan bildirilib ki, S. Mirzəyevin rayon ərazisində bir neçə avtoyuma məntəqəsi olub. Hazırda hadisəni törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842
avatar

Oxşar yazılar