Tbilisi-Bakı qatarı gecikir
31 yanvar 2014 12:10 (UTC +04:00)

Tbilisi-Bakı qatarı gecikir

«Azərbaycan Dəmir Yolları» QSC -nin kollektivləri havaların sərt keçməsi ilə bağlı əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər.

 

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır.

 

İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir.

 

Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sisteminin normal işləməsi diqqətdə saxlanılır.

 

Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, qrafikə əsasən bu gün Bakı-Moskva, Bakı-Ağstafa-Qazax, Bakı-Astara-Horadiz, Bakı-Böyük Kəsik, Bakı-Köçərli-Balakən sərnişin qatarları mənzil başına çatıb. Bakı-Tbilisi sərnişin qatarı isə müəyyən gecikmə ilə Bakı sərnişin stansiyasına qəbul olunacaq.

 

Bəzi qısamüddətli gecikmələri nəzərə almasaq, qatarların qəbulu və yola salınması müəyyən olunmuş qrafikə əsasən həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1003
avatar

Oxşar yazılar