Tanınmış yazıçılar “Qanun” nəşriyyatına görə istintaqa çağırıldı
03 mart 2014 15:55 (UTC +04:00)

Tanınmış yazıçılar “Qanun” nəşriyyatına görə istintaqa çağırıldı

0

Tanınmış tərcüməçi və yazıçılar – Nəriman Əbdülrəhmanlı, Azər Abdulla, Nadir Qocabəyli “Qanun” nəşriyyatına qarşı açılmış vergidən yayınma ilə bağlı cinayət işinə görə istintaqa çağırılıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə nəşriyyatın sahibi Şahbaz Xuduoğlu özünün şəxsi “Facebook” hesabında yazıb.

 

Ş.Xuduoğlu yazıb ki, eyni zamanda “Qanun” nəşriyyatının əməkdaşları Gülşən Dvani, Çiçək Atakişiyeva, Rafiq Mustafayev, Lətafət Qurbanova və Aygün Hüseynova da istintaqa çağırılanlar arasındadır.

 

Xatırladaq ki, Vergilər Nazirliyi “Qanun” nəşriyyatının vergidən yayındığı barədə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi açıb. Bu çərçivədə nəşriyyatın 150 manat məbləğində cərimə edildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1082

Oxşar yazılar