Tanınmış alim dəm qazından zəhərləndi - <span style="color:red;">YENİLƏNİB
10 mart 2014 10:02 (UTC +04:00)

Tanınmış alim dəm qazından zəhərləndi - YENİLƏNİB

0
Quba rayonunun Amsar kəndində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bağ evində yaşayan, 1949-cu il təvəllüdlü Bakı şəhər sakini Əlişir Musayev martın 9-da günorta saatlarında hamam otağında dəm qazından zəhərlənib.

Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Ə. Musayevin vəziyyətinin ağır stabil olduğu bildirilir.

Qeyd edək ki, Ə. Musayev Azərbaycan Elmi-Təhqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru, tibb elmləri doktoru, professor, əməkdar elm xadimidir.

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3189

Oxşar yazılar