Yanvarın 6-da Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə bir nəfərin baş nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla zərərçəkmişin Köhnə Corat qəsəbə sakini Rauf Heybətov olması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb. Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Nəzərov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.