Şəmkirdə dəm qazından zəhərlənmə olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düyərli kənd sakini Günel Məsimova dəm qazı ilə zəhərlənmə əlaməti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Məlumata görə, G. Məsimova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.