Şamaxı sakini özgə avtomobili ilə qəza törədib - <span style="color:red;">YENİLƏNİB
15 fevral 2014 09:54 (UTC +04:00)

Şamaxı sakini özgə avtomobili ilə qəza törədib - YENİLƏNİB

Gecə saatlarında Abşeron rayonunda Şamaxı sakini özünə məxsus olmayan avtomobillə qəza törədib.

 

APA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun 17-km də qeydə alınıb. 29 yaşlı Güləddin Gərayev, xalasıoğlu, 28 yaşlı Sadiq Əlverdiyevə məxsus “Mercedes” markalı avtomobillə  paytaxtdan Şamaxı istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün  qəza törədib.

 

Sürücünün sözlərinə görə, qarşıda hərəkətdə olan  yük maşınını ötmək istəyərkən digər avtomobillə üz-üzə gəlib. Nəticədə sürücü idarəetməni itirərək avtomobili yol kənarında olan işıq dirəyinə çırpıb. Qəza nəticəsində sürücü Güləddin Gərayev yüngül bədən xəsarəti alıb. Sərnişin Sadiq Əlverdiyev isə qəzadan xəsarətsiz qurtarıb.

 

Maşının işıq dirəyini aşırması nəticəsində ərazidə işıqlar sönüb.

 

Yol Patrul Xidmətinin əməkdaşları yararsız hala düşmüş avtomobili cərimə meydançasına yerləşdirib. Faktla bağlı araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111

Oxşar yazılar