Bakıda yanğın hadisəsi baş verib. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda sağlamlıq mərkəzinin yerləşdiyi dördmərtəbəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 15 m2 olan qazanxanada idarəetmə lövhəsi və kommunikasiya xətləri yanıb, yüksək temperaturdan 10 m2 sahədə asma tavan əriyib. Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Sağlamlıq mərkəzində yanğın
112