Sabirabaddakı qəza ilə bağlı FHN-nin məlumatı
30 dekabr 2017 21:50 (UTC +04:00)

Sabirabaddakı qəza ilə bağlı FHN-nin məlumatı

0

Fövqəladə Hallar Nazirliyi Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən  yol qəzası ilə bağlı məlumat yayıb.

 

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sabirabad rayonu, Qaragüney kəndində “Mercedes” və “AzSamand” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı avtomobilin sürücüsünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar