Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktoru İsa Veysovun Qazax rayonunun Daş Salahlı kəndindəki evi yanıb. Kənd sakinlərinin Lent.az-a verdiyi məlumata görə, bu gün saat 09 radələrində ikimərtəbəli evdə güclü yanğın olub. Yanğın evdə kimsənin olmadığı vaxt baş verib və bu səbəbdən xəsarət alan olmayıb.
Hadisə yerinə yanğınsöndürənlər gəlsə də, ev tamamilə yanaraq kül olub.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı savash.org saytı yayıb.