Saatlıda oğurluq  - <span style="color:red;">YENİLƏNİB
07 mart 2014 10:05 (UTC +04:00)

Saatlıda oğurluq - YENİLƏNİB

0

Saatlıda oğurluq hadisəsi baş verib. Saatlı rayon polis şöbəsindənAPA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə martın  4-də  rayonun Qıraqlı kəndində baş verib. Qıraqlı kənd sakini  Zakir Alışanov ona məxsus evdən qızıl zinət əşyalarının oğurlandığı haqda polisə məlumat verib. Məlum olub ki, evdən ümumi dəyəri 2500 manat olan bir ədəd boyunbağı, bir ədəd bilərzik və bir ədəd üzük oğurlanıb.  Keçirilən axtarışlar zamanı  hadisəni törətməkdə şübhəli bilinən  ev sahibinin qohumu olan Alşanov Ceyhun Hidayət oğlu şübhəli şəxs qismində saxlanılıb. Polis şöbəsinə gətirilən şübhəli şəxs həmin  cinayəti  törətdiyini etiraf edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 948

Oxşar yazılar