Lent.az--ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Saatlı rayonu, Məmmədabad kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin su kanalı üzərindəki körpünün beton arakəsməsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. Qəza nəticəsində sürücü 1983-cü il təvəllüdlü Əhmədov Elşən Telman oğlu aldığı yanıq və bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.