Qurban Yetirmişli: “Seysmik vəziyyət sabitdir”
11 fevral 2014 12:12 (UTC +04:00)

Qurban Yetirmişli: “Seysmik vəziyyət sabitdir”

“Dünən ölkə ərazisində baş verən zəlzələdən sonra respublika ərazisində seysmik vəziyyət sakitdir”.


 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, fevralın 10-da 55 km dərinlikdə böyük lay parçasının qırılması hadisəsindən sonra zəlzələ baş verib və ondan sonra hərəkət dayanıb: “Ola bilsin ki, müəyyən vaxtdan sonra layın hansısa qalan hissəsi də qırılıb düşsün və zəif təkanlar olsun. Burada qorxulu bir şey yoxdur. Amma ola da bilsin ki, heç düşməsin və qalsın. Ümumiyyətlə, praktikada belə hallar olur. Adətən zəlzələdən sonra zəif təkanlar olur və bunlar da qorxulu deyil”.

 

Qeyd edək ki, fevralın 10-da saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində baş verən zəlzələnin gücü episentrdə 6 bala yaxın olub. Yeraltı təkanlar ölkə ərazisində 5-3 bala qədər hiss edilib. İnsan itkisi və tikililərdə dağıntı olmayıb.

 

# 955
avatar

Oxşar yazılar

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -FOTO -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ-FOTO-VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31
Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

4 may 2024 , 16:35
Silsilə oğurluqlar edən "Qızlar dəstəsi"  ələ keçirildi

Silsilə oğurluqlar edən "Qızlar dəstəsi" ələ keçirildi

4 may 2024 , 16:10
Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

4 may 2024 , 15:39