Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında xarici qonaqlarla görüş keçirilib. Bu barədə Lent.az-a Şuradan məlumat verilib. Belə ki, QHT Şurasında Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Tələbələr Birliyinin “Gənclər Fəaliyyətdə” proqramı çərçivəsində Bakıda təşkil etdiyi “gənclərin işsizlik problemi” mövzusuna həsr edilən konfransın nümayəndələri ilə görüş olub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qonaqlara ölkəmizin vətəndaş cəmiyyətinin keçdiyi inkişaf yolu və mövcud vəziyyəti haqqında məlumat verib.
Xatırladaq ki, görüşdə İspaniya, Fransa, Bolqarıstan, Ukrayna, Portuqaliya, Gürcüstan, Moldova, Yunanıstan, Belarus, İtaliya, Rumıniya və Gürcüstanı təmsil edən qonaqlar iştirak edib.