Qəza törədən sərxoş sürücü hadisə yerindən qaçıb - <span style="color:red;">YENİLƏNİB
14 fevral 2014 10:01 (UTC +04:00)

Qəza törədən sərxoş sürücü hadisə yerindən qaçıb - YENİLƏNİB

Səbayel rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, yüksək sürətlə hərəkət edən "Tofaş" markalı avtomaşın "Leksus"la toqquşub. Qəza nəticəsində "Leksus"un sürücüsü Natiq Niftəliyev xəsarət alıb. Yaralı 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. "Tofaş"ın sürücüsü isə, hadisə yerindən qaçıb. Şahidlərinin sözlərinə görə, hadisə yerindən qaçan sürücü içkili olub. 

 

Əraziyə Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsinin əməkdaşları gəlib. Qəzada iştirak edən avtomobillər evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb.

 

Faktla bağlı  Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1291

Oxşar yazılar