Qaxda sirkə içən 60 yaşlı kişi öldü - <span style="color:red;">YENİLƏNİB
07 mart 2014 17:02 (UTC +04:00)

Qaxda sirkə içən 60 yaşlı kişi öldü - YENİLƏNİB

0

Qaxda 60 yaşlı kişi sirkə turşusundan ölüb. Qax rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Qaratala kəndində baş verib.

 

1954-cü il təvəllüdlü Qaratala kənd sakini Zahid Məmmədov yaşadığı evin həyətindəki təndirxanada sirkə turşusu içib. 60 yaşlı Zahid Məmmədov Qax Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

 

Rayon Prokurorluğundan bildirilib ki, həyat yoldaşı və bir qızı ilə yaşayan  Zahid Məmmədov son illər mütəmadi olaraq spirtli içki aludəçisi olub. Hadisə baş verən gün də Z.Məmmədov spirtli içki qəbul edib. Mərhumun yaxınları  Z.Məmmədovun sirkə turşusunu spirtli içki hesab edərək içdiyini söyləyirlər.

 

Faktla bağlı Qax rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 913

Oxşar yazılar