Qax rayonunda əxlaqsızlıq yuvası saxlayan şəxs müəyyənləşdirilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki kafedə, oranın sahibi Məhəmməd Bayramovun əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.
Bundan başqa İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Rəşad Abdullayevin qadınları fahişəliyə cəlb etməsi müəyyənləşdirilib.
Araşdırmalar davam etdirilir.