Qaradağda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, yanvarın 1-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Astara rayon sakini Əhəd Abbasov idarə etdiyi “Mercedes” markalı avtobusla yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.