Gəncədə qadın bıçaq xəsarəti alıb. APA-nın verdiyi məlumata görə, şəhərin Məhsəti qəsəbə sakini 1989-cu il təvəllüdlü Vəliyeva Türkan Amil qızı qarın nahiyəsinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildiril
Yaxınlarının dediyinə görə, qadın mətbəxdə iş görən zaman yıxılıb və bıçaq onun qarnına batıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.