Polis qadınların sayı artırıla bilər
04 mart 2014 15:09 (UTC +04:00)

Polis qadınların sayı artırıla bilər

“Azərbaycanda müvəqqəti saxlama yerlərində polis əməkdaşları sırasına qadınların cəlb edilməsinə ciddi ehtiyac var”.


 

APA-nın məlumatına görə, bunu Azərbaycan parlamentin sədr müavini Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

 

Dünya praktikasını misal çəkən B. Muradova bildirib ki, bu həm də həmin sistemdə gender bərabərliyini qorumağa və bir sıra problemləri də həll edə bilər. B. Muradova həmçinin xüsusi fondların yaradılmasından da danışıb: “Bununla bağlı xüsusi qanun qəbul oluna bilər. Yəni kimsə ianə verirsə hətta onu vergidən azad etmək, digər məqamlarla bağlı güzəşt eləmək olar. Hansı ki bütün bunlar o qanunda əksini tapacaq”.

 

Vitse-spiker eyni zamanda bildirib ki, cəbhə xəttindəki hərbi hissələrdə psixoloq ştatının açılmasına ehtiyac var: “Bunun üçün qanunvericilikdə müəyyən düzəlişlər edilməsinə  ehtiyac var”.

 

Vitse-spiker övladları olan qocalar evinə verilmiş ahıl vətəndaşların hüquqlarının qorunması və onların hüquqlarını pozan övladlarının məsuliyyətə cəlb olunması ilə bağlı qanunvericiliyə dəyişiklər də təklif edib: “Bu ciddi məsələdir. Necə ola bilər ki, aliment məsələsi həll olunub qanunvericilikdə, amma bu yox?”

# 519
avatar

Oxşar yazılar