“Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin cinayət işi üzrə məhkəmə prosesinin başlama vaxtı məlum olub.
APA-nın məlumatına görə, cinayət işi üzrə hazırlıq iclası fevralın 27-nə təyin edilib. Prosesə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov sədrlik edəcək.
P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.