Müşfiqabad məscidinin imamı danışdı: “Yalandır..” - <span style="color:red;">YENİLƏNİB
17 fevral 2014 16:32 (UTC +04:00)

Müşfiqabad məscidinin imamı danışdı: “Yalandır..” - YENİLƏNİB

“Yayılan informasiyaların hamısı yalandır”.   Bu sözləri “Axar.az”a açıqlamasında Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev deyib.   O, hazırda öz işi ilə məşğul olduğunu bildirib: “Artıq neçənci dəfədir ki, məni həbs etdirirlər. Yayılan informasiyaların hamısı yalandır. Bilmirəm, bu informasiyanı kimlər yayır. Mənim özümün dərdim-sərim var. Heç kim məni tutmayıb”.   Qeyd edək ki, bir az əvvəl mediada Mübariz Qaçayevin yenidən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulduğu haqqında məlumat yayılmışdı.

 

 

******

 

14:08

Müşfiqabad məscidinin imamının həbsi xəbəri yayıldı

Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən və sələfi camaatının ən çox toplaşdığı məscidinin imamı Mübariz Qaçayev həbs olunub. Lent.az-ın məlumatına görə, “Yeni Müsavat”a məscid ətrafında yaşayan sakinlərdən biri bildirib ki, M.Qaçayevi məscidin qarşısında başına torba keçirməklə saxlayıb naməlum istiqamətə aparıblar. 

Mənbə deyib ki, məsciddə hər həftənin cümə günləri keçirilən mərasimlərdə M.Qaçayev xütbə ilə çıxış etsə də, ötən həftənin cümə gününün xütbəsi onsuz keçirilib.   Məlumatı dəqiqləşdirmək üçün Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqə Mərkəzi ilə əlaqə saxladıq. Mərkəz rəhbəri Arif Babayev M.Qaçayevin həbsi haqda hər hansı bir məlumata malik olmadığını dedi. 

 

Qeyd edək ki, məscidin imamı Mübariz Qaçayev 2011-ci il aprelin 15-də polisə çağırılıb. Həmin vaxt o, “Azadlıq” radiosuna deyib ki, onu ayda iki dəfə Qaradağ Rayon Polis İdarəsinə aparıb məscidi bağlamağı tələb edirlər: “Bunu edə bilmərəm. Məni təhdid də edirlər ki, əgər məscidi bağlamasan, sənə müəyyən cəzalar da veriləcək. Belə basacağıq, belə kəsəcəyik. Bizim icmamız qeyri-qanuni fəaliyyət göstərirsə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) onun ləğvi haqda qərar çıxarmalıdır. Ondan sonra məhkəməyə getməlidir, ondan sonra o icma qeyri-qanuni hesab olunmalıdır”.

Son günlər azərbaycanlı dindarların Suriyaya döyüşməyə yollanması ilə bağlı çağırışlar səslənib. Yerli mediada Suriyaya döyüşçülərin göndərilməsində daha çox İçərişəhərdəki Aşurbəy və Müşviqabad məscidlərinin adlarının hallandığı ilə bağlı xəbərlər verir. Ötən həftə Masallı Rayon sakini Qurbanəli Vəlişov mediaya müraciət edərək oğlanları Seymur və Həbibin məhz Müşviqabad məscidindən Suriyaya göndərildiyini iddia etmişdi. Hətta KİV nümayəndələri ilə məscidə gedən Q.Vəlişov oğullarını döyüşə göndərdiyi üçün məscidin imamı Mübariz Qaçayevi ittiham etmişdi.

 

Bundan başqa, QMİ Müşviqabad məscidinin qeyri-qanuni fəaliyyət göstərdiyini, məscidə imamın idarə tərəfindən təyin olunmadığını bəyan edib. M.Qaçayev 3 il əvvəl 2011-ci ilin aprelində də məscid icması ilə bağlı yaranan problemlərə görə polisə aparılıb. M.Qaçayevin MTN əməkdaşları tərəfindən saxlanılması son günlər məscid ətrafında yaranan iddialar, o cümlədən oğlanları Suriyaya gedən valideynin şikayəti əsasında da ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

Oxşar yazılar