Müdafiə Nazirliyinin səyyar kollegiyası keçirilib
07 fevral 2014 13:38 (UTC +04:00)

Müdafiə Nazirliyinin səyyar kollegiyası keçirilib

Fevralın 6-da cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin genişləndirilmiş səyyar kollegiya iclası keçirilib. Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə, müstəqil xidmət rəisləri, birlik komandirləri və qərargah rəisləri iştirak edib.

 

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti məsələlər müzakirə edilib.

 

Aparılan fəaliyyətlərlə bağlı birləşmə komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və müdafiə naziri qısa zaman ərzində müdafiə zolağının təkmilləşdirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820
avatar

Oxşar yazılar