Dekabrın 30-da Ağcabədi rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı başlanmış istintaqda yeniliklər var, Lent.az-ın məlumatına görə, Avşar kəndində baş vermiş silahlı insident zamanı Zahid Qarayevin qətli ilə bağlı başlanmış cinayət işinin istintaqı rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə verilib. Bundan sonra İdarənin müstəntiqi Ağcabədi rayonuna ezam edilib. Bu günlərdə isə Z.Qarayev eksqumasiya edilib. Hazırda qətl hadisəsi ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1 ( qəsdən adam öldürmə),228.1 (qanunsuz olaraq odlu silah gəzdirmə ) maddələri ilə cinayət işi başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Anar Bəxşəliyev həbs edilib.
Qeyd edək ki, şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi vurmaq istəyən kənd sakinləri Zaur və Anar Baxşəliyevlər onun yaşadığı evin həyətinə gəliblər. Elə bu zaman V.Abdullayevə atılan güllələr onun əmisi Zahid Qarayevə dəyib.
Münaqişəyə səbəb qohumluq əlaqələrinin pozulması olub.