Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyevin sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov DAA – nın beynəlxalq məsələlər üzrə vitse-prezidenti təyin olunub.
Lent.az-ın məlumatına görə, Nəsirov Göyçay - Ağdaş dairəsindən millət vəkilidir. O, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, insan hüquqları komitələrinin üzvü, habelə AI-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.
Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası Almaniya Federativ Respublikasının məhkəmə və ədliyyə orqanları tərəfindən beynəlxalq təşkilat olaraq qeydiyyata alınıb. Təşkilatın mərkəzi Almaniyanın Köln şəhərindədir.