Maşınlar toqquşdu yaralılar var
09 fevral 2014 11:08 (UTC +04:00)

Maşınlar toqquşdu yaralılar var

Ötən gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, Xankişiyev Ayaz Şakir oğlunun idarə etdiyi minik maşını ilə iritonnajlı yük maşını toqquşub. Qəza Gəndob-Yalam yolunun 24-cü km-də qeydə alınıb.

 

Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib. İlkin tibbi yardımdan sonra onlar ambulator müalicə üçün evə buraxılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1808

Oxşar yazılar