Macarıstanın dövlət katibinin müavini Azərbaycana səfər edəcək
15 fevral 2014 16:25 (UTC +04:00)

Macarıstanın dövlət katibinin müavini Azərbaycana səfər edəcək

Macarıstanın xarici işlər üzrə dövlət katibinin müavini və siyasi məsələlər üzrə direktoru Sabolç Takaç Azərbaycana səfər edəcək.


 

Bu barədə APA-ya məlumat verən Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora bildirib ki, səfər bu ilin fevralın 27-28 baş tutacaq.

 

Səfir bildirib ki, S.Takaç səfər zamanı Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər rəsmi şəxslərlə görüşəcək.

 

Görüşlərdə ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614
avatar

Oxşar yazılar