Azərbaycanın “Aqro-Azerinvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Qəbələ” Şərab Zavodunun istehsalı olan “GOLD BAKU” konyakı və “BASARKEÇƏR” qırmızı süfrə şərabı Moskva şəhərində keçirilən ərzaq məhsulları, içkilər və onların istehsalı üçün xammal "PRODEXPO - 2014" 21-ci Beynəlxalq sərginin “2014-cü ilin ən yaxşı məhsulu” laureatı diplomu və qızıl medalını alıb.
“Aqro-Azerinvest” MMC-dən APA-ya verilən məlumata görə, beynəlxalq sərgi fevralın 10-14-də keçirilib.
Sərgidə Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanın “Qəbələ” Şərab Zavodunun məhsulları ən yüksək mükafata layiq görülüb.
"PRODEXPO -2014" 21-ci Beynəlxalq sərginin pavilyonlarında dünyanın 63 ölkəsindən 2300 şirkət məhsullarını nümayiş etdirib.