Villadakı partlayışda yaralanan vəzifəli şəxs Türkiyədə vəfat edib
27 oktyabr 2016 11:25 (UTC +04:00)

Villadakı partlayışda yaralanan vəzifəli şəxs Türkiyədə vəfat edib

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Qurbanov dünyasını dəyişib.

Lent.az-ın Report-a istinadən məlumatına görə, hadisədən sonra M.Qurbanov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.

O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.  

Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır. 

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Qurbanlı ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Qurbanlı isə ölüb.

M.Qurbanov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224

Oxşar yazılar