Güney Azərbaycanda Ana dili günü həbslər
22 fevral 2014 02:43 (UTC +04:00)

Güney Azərbaycanda Ana dili günü həbslər

Güney Azərbaycan türklərinin milli haqlarının təminini istəyənlərə qarşı Teşran hakimiyyətinin təzyiqi davam edir.

 

Lent.az-ın «Oyannews.com»-a istinadən məlumatına görə,ötən gün ictimai-fəal Bəhmən Xaliqi tutulub. Güney Azərbaycanın Binab rayonundakı  ETTELAAT idarəsinin əməkdaşları onu iş yerində həbs ediblər.

Bəhmən Xaliqinin iş yerində yoxlama aparılıb, ona aid bir sıra əşyalar götürülüb. Onun konkret nədə günahlandırıldığı bilinmir.

Bəhmən Xaliqi 2013-cü ilin yanvarında İranın Ermənistanla bağlı xarici siyasətinə Marağa əhalisinin etiraz toplantılarına qatıldığını üçün tutulsa da, az sonra mülk girovu qarşılığında azadlığa buraxılmışdı.

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan Əli Cəmşidi 1 il müddətinə azadlıqdan məhrum edilib.

Fervalın 21-i Beynəlxalq Ana dili günüdür. Bu gün ərəfəsində İran hakimiyyəti Güney Azərbaycanın bir sıra şəhərlərində həbslər keçirib.

Mənbə bildirib ki, fevralın 20-də Azərbaycan türklərinin milli varlığı uğrunda mübarizə aparan daha iki nəfər – Səccad Əfruzian və Kərim Fəyyazinin tutulub.

ETTELAAT Mələkan şöbəsinin əməkdaşları Səccad Əfruazianın atası evində yoxlama aparılıb, onun bir sıra şəxsi əşyalar götürüblər.

Onların həbsi Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Güney Azərbaycan şəhərlərində keçirilən mərasimlərlə əlaqələndirilir.

 «Oyannews.com» bildirib ki,  Təbriz məhkəməsi azərbaycanlı milli-mədəni fəalı Əli Cəmşidini «hakimiyyətə qarşı təbliğat aparmaqda» və «İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyini təhqir etməkdə» «təqsirli» bilib.

Məhkəmə ona bir il iş kəsib.

Mənbə Əli Cəmişdinin tutulduğu tarixin bilinmədiyini də vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679
avatar

Oxşar yazılar