Göygöl şəhərində Mədəniyyət və Turizm Nazirliyinə məxsus kitabxanada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, ümumi sahəsi 330 m2 olan birmərtəbəli 3 otaqlı kitabxana binasında elektrik kabeli 1 p.m yanıb və lambirdən ibarət tavan 1 m2 sahədə əriyib. Kitabxana binası yanğından mühafizə olunub. Yanğın saat 08:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.