APA-nın məlumatına görə, hadisə bu gün Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb. Rayonun Bığır kənd sakini, Göyçay rayon Polis Şöbəsinin sahə müvəkkili, polis kapitanı 1967-ci il təvəllüdlü Salmanov Habil Sabir oğluna məxsus “VAZ 2109” markalı minik maşını qarşı tərəfdən gələn Göyçay şəhərinin Vaqif küçəsi 91 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Həsrətov Bağır Arif oğlunun idarə etdiyi “VAZ 2109” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.