Gömrükdə külli miqdarda spirtli içki aşkar olundu
14 yanvar 2017 11:30 (UTC +04:00)

Gömrükdə külli miqdarda spirtli içki aşkar olundu

0

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası  vətəndaşının idarə etdiyi “Mersedes Benz Vito” markalı nəqliyyat vasitəsi  Tovuz rayonu ərazisində saxlanılıb. Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsində avtomobilə baxış keçirilmiş, nəqliyyat vasitəsindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 406 ədəd spirtli içkilər aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar