Gəncədə xəstə üçüncü mərtəbədən yıxılıb
17 fevral 2014 11:23 (UTC +04:00)

Gəncədə xəstə üçüncü mərtəbədən yıxılıb

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında bədbəxt hadisə baş verib.


 

Xəstəxanadan APA-nın qərb bürosuna verilən məlumata görə, böyrək əməliyyatı olunan şəhər sakini, 38 yaşlı Cavid Bağırov bu gün səhər saat 5 radələrində xəstəxananın eyvanına çıxıb və orada huşunu itirərək üçüncü mərtəbədən yerə yıxılıb.

 

Xəstə dərhal reanimasiya şöbəsində yerləşdirilib.

 

Onun vəziyyətinin ağır olduğu bildirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar