Gəncədə oğurluqla məşğul olan şəxs polis tərəfindən saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 7-dən bu il yanvarın 2-dək olan müddətdə Gəncə şəhəri ərazisində 1 qadının çantasından içərisində pul və sənəd olan pul kisəsini, 1 idman zalından məişət əşyaları, 5 avtomobildən akkumulyator, habelə 9 həyətyanı sahədən 20 metr elektrik naqili, inşaat materialları və 17 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini Tural Tahirov tutulub.
Onun ətrafında araşdırmalar davam etdirilir.