Gəncədə maşın 66 yaşlı kişini vurdu
18 yanvar 2017 21:03 (UTC +04:00)

Gəncədə maşın 66 yaşlı kişini vurdu

0

Gəncədə avtomobil piyadanı vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

 

Həmin küçədə yaşayan 1951-ci il təvəllüdlü Həsənov Raqif Əli oğlu yolu keçən zaman avtomobil onu vurub. Sürücü müxtəlif bədən xəsarətləri alan piyadanı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar