Gəncədə 8 yaşlı uşağı maşın vurdu
07 mart 2014 14:21 (UTC +04:00)

Gəncədə 8 yaşlı uşağı maşın vurdu

0

Gəncədə yolu keçmək istəyən uşağı avtomobil vurub.


 

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Ruzigar Qasımov küçəsində baş verib.

 

Gəncə şəhəri sakini Elvin Əfəndiyev idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolu keçmək istəyən 8 yaşlı Nicat Kərimlini vurub. Uşaq aldığı müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər 2 saylı uşaq xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 757

Oxşar yazılar