Füzulidə yük maşını minaya düşdü
01 mart 2014 15:44 (UTC +04:00)

Füzulidə yük maşını minaya düşdü

 

 

Bu gün Füzuli rayonu ərazisində yük maşını minaya düşüb. Lent.az-ın “anspres”ə istinadən xəbərinə görə, hadisə səhər saat 10.00 radələrində Örənqala adlanan ərazidə baş verib. 

Füzuli rayon Aşağıveysəlli kənd sakini Elşən Tapdıq oğlu Alıkişiyevin idarə etdiyi MAZ markalı yük maşını torpaq yolda minaya düşüb. Tank əleyhinə minanın partlaması nəticəsində avtomobilə ziyan dəysə də, sürücü heç bir xəsarət almayıb. ANAMA-nın bölgədəki ofisindən verilən məlumata görə, əraziyə qurumun əməkdaşları da baxış keçiriblər. 

Əldə etdiyimiz məlumata görə, həmin ərazidə əvvəllər mina insidenti qeydə alınmayıb.  Qarabağ müharibəsi zamanı bu ərazidə də döyüş əməliyyatları getdiyindən minanın da o zamandan qaldığı ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806
avatar

Oxşar yazılar