Firəngiz Şərifova ilə vida mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, Mərasimdə aktrisanın sənət dostları, ailə üzvləri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Səbail rayonun icra başçısı Asif Əsgərov və başqalar iştirak ediblər.
Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, F. Şərifova biri-birindən maraqlı obrazları ilə tamaşaçıların rəğbətini qazanıb: “Onun bir birindən maraqlı kino və teatr obrazları bu gün də sevilir. Firəngiz xanım teatrı və ümumilikdə Azərbaycan mədəniyyətini çox sevən bir insan idi. Bu gün biz onunla atasının adını daşıyan aktyorlar evində vidalaşırıq. Amma onun xatirəsi həmişə bizim xatirəmizdədir. Allah rəhmət eləsin”.
Daha sonra çıxış edən xalq artisti Azər Paşa Nemətov bildirib ki, F. Şərifova ilə uzun illər bir yerdə çalışıb: “Firəngiz xanım gözəl həyat yaşayıb. O, xoşbəxt insan və böyük aktrisa idi. Onun teatrda əvəzolunmaz rolları vardı. Firəngiz xanım daima yaddaşlarda qalacaq sənətkardır”.
Vida mərasimində Kinematoqrafçılar İttifaqının katibi Cəmil Quliyev, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, xalq artisti Ağaxan Salmanov çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüblər.
Ailə üzvləri adından mərhumun nəvəsi Eldar Qasımov danışıb: “Bu təkcə bizim ailənin yox, Azərbaycan xalqının itkisidir”
Qeyd edək ki, F. Şərifovanın cənazəsi dəfn olunmaq üçün II Fəxri Xiyabana aparılıb.
Firəngiz Abbasmirzə qızı Şərifzadə milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı sənət qələbələrinə görə 1960-cı ildə əməkdar artist və 1969-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Firəngiz Şərifova dəfn edildi - YENİLƏNİB
Oxşar yazılar

Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55