FHN yanacaqdoldurma məntəqəsindəki partlayışla bağlı məlumat yaydı
13 fevral 2014 17:45 (UTC +04:00)

FHN yanacaqdoldurma məntəqəsindəki partlayışla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda təmirə dayanmış “LUKoil” yanacaq doldurma məntəqəsində partlayış hadisəsi baş verməsi barədə nazirliyə məlumat daxil olub.

 

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən partlayış nəticəsində 2 nəfərin öldüyü və 1 nəfərin xəsarət aldığı müəyyən olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1025

Oxşar yazılar