Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun daşqaldırma çempionatı keçirilib. Lent.az-ın məlumatına görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan tədbirdə klubun rəisi, polkovnik Füzuli Musayev iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb.
Yarışda FHN-nin 22 müxtəlif qurumu və onun 100-dən artıq nümayəndəsi yarışların proqramına uyğun olaraq, 24 kq-lıq daşlarla öz gücünü 60, 65, 70, 80, 90 və 90 kq-dan yuxarı çəki dərəcəsində sınayıb. Hər təkan 24 kq-lıq daşlarla icra edilib və 2 xalla qiymətləndirilib. Əvvəlcə birdən qaldırma, sonra təkan çalışmaları yerinə yetirilib. Gərgin mübarizə şəraitində keçən yarışa beynəlxalq dərəcəli hakim Azad Mustafayev və Respublika dərəcəli hakim Vaqif Hüseynov hakimlik ediblər. Eyni zamanda iştirakçılar həkim personalının nəzarətində olub.
Komanda və şəxsi birincilik üzrə qaliblər müəyyən olunduqdan sonra mükafatlandırılma mərasimi keçirilib:
60 kq: Orxan İsgəndərov (DYMX), Rəşad Şirinov (MMQ), Siruz Səmədli (XRXX)
65kq: Samir Quliyev (Cənub Regional Mərkəzi), Vüsal Orucov (DYMX), Elmar Heybətov (DSXX)
70kq: İslam Əkbərov (FHN-in Akademiyası), Hüseyn Quluzadə (DYMX), Vüsal Əsədov (Qarabağ Regional Mərkəzi)
80 kq: Mətləb Məmmədov (MMQ), Zeynal Zeynalov (Aran Regional Mərkəzi), Qasım Əzimov (DYMX)
90 kq: Bəhruz Aslanov (Gəncə Regional Mərkəzi), Məhərrəm Məcidov (DYMX)
+ 90 kq: Mail Əliyev (MMQ), Ədalət Qasımov (DYMX), Rəfael Şirəliyev (Şimal Regional Mərkəzi)
Komanda şəklində isə 1-ci yerə Dövlət Yanğından Xilasetmə Xidməti, 2-ci yerə Mülkü Müdafiə Qoşunları, 3-cü yerə isə Fövqəladə Hallar Nazirliyinin Akademiyası layiq görülüb.
Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Eyni zamanda, hakimlər və həkim personalına fəxri fərmanlar təqdim edilib.